Dünya

Bu ölkə Suriyaya qarşı sanksiyaları ləğv etdi

7 Mart 2025 09:15
Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya hökuməti Suriyanın bir sıra banklarına, o cümlədən ölkənin mərkəzi bankına və Suriyaya aid neft şirkətlərinə qarşı sanksiyaları ləğv edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq sənəd Birləşmiş Krallığın Maliyyə Nazirliyinin saytında dərc olunub.

Məlumata görə, qara siyahıdan "Al Furat", "Deir Ez-Zur", "Dula", "Ebla", "General Petroleum Corporation", "Mahrukat", "Overseas Petroleum Trading", "Syria Trading Oil Company (Sytrol)", "Syrian Company for Oil Transport", "Syrian Petroleum Company", həmçinin "The Homs Refinery Company" və "The Baniyas Refinery Company" neft şirkətləri çıxarılıb.

Eyni zamanda "Syrian Arab Airlines" aviaşirkətinə qarşı sanksiyalar da ləğv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.