Dünya

Rumıniyada prezidentliyə namizəd saxlanıldı

26 Fevral 2025 17:22
Baxış: 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniya prezidentliyinə namizəd Kalin Georgescu Baş Prokurorluq tərəfindən saxlanılıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, prokurorlar həbs qətimkan tədbirinin seçilməsi üçün müraciət edib və saxlanılan şəxs Baş Prokurorluğa aparılıb.

Kalin Georgesku faşist təşkilatında iştirak etməkdə və ictimai məkanda mübahisəli ideologiyaları təbliğ etməkdə ittiham olunduğu Baş Prokurorluq tərəfindən istintaqa cəlb olunub.

Axtarışlar zamanı prokurorlar seyfdə gizlədilmiş silahlar, həqiqi hərbi sursatlar və bir milyon dollardan çox pul aşkar ediblər.

Prezidentliyə namizəd Moskva ilə hər hansı əlaqəni inkar edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.