Dünya

Türkiyəyə YENİ TƏKLİF - Ukraynanın YENİDƏN QUR

26 Fevral 2025 20:35
Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müharibə ilə əlaqədar bir çox şəhərlərin və yaşayış məntəqələrinin dağıldığı Ukraynada yenidənqurma və bərpa işləri ilə bağlı danışıqlar sürətlənib. Rəsmi Kiyev potensial sülh sazişinin bağlanmasından sonra ölkənin yenidən qurulmasını Türkiyəyə təklif edib.

Trend xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.

Məlumata əsasən, Türkiyənin Kiyev Səfirliyinin nümayəndələri Ukraynanın İcma və Regionların İnkişafı Nazirliyinə nəzdində İnfrastrukturun İnkişafı və Yenilənməsi Dövlət Agentliyinin rəsmiləri ilə görüşərək, Ukraynada Türkiyə şirkətlərinin həyata keçirdiyi layihələr və gələcək potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Ukraynalı rəsmilər ölkənin müharibədən sonra yenidən qurulması prosesinə dair planlaşdırma işlərinin davam etdiyini, bu il həyata keçirilməsi nəzərdə tutulan və təcili xarakter daşıyan bəzi layihələr üçün aprel və may aylarında tender elan olunmasının gözlənildiyini bildiriblər.

Rəsmi Kiyevin nümayəndələri artıq bu ilin aprel-may aylarında yenidənqurma və bərpa işləri ilə bağlı tender elan olunmasının planlaşdırıldığını diqqətə çatdırıb. Ukraynalı rəsmilər 2025-ci ildə həyata keçirilməsi nəzərdə tutulan digər mühüm layihələrə dair də Türkiyə tərəfinə sənəd təqdim ediblər. Sənəddə bəzi enerji və enerji səmərəliliyi layihələri, sosial mənzil layihələri, su təchizatı layihələrinin yer aldığı öyrənilib.

Qəzet, eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı da Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın türk şirkətlərin Ukraynada döyüş əməliyyatlarının fəsadlarının aradan qaldırılması səylərini dəstəkləməyə hazır olduqlarını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.