Dünya

Rusiya və ABŞ nümayəndə heyəti İstanbulda görüşəcək

26 Fevral 2025 20:20
Baxış: 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya və ABŞ nümayəndə heyətləri sabah, fevralın 27-də İstanbulda görüşəcək.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici işlər naziri Hakan Fidan açıqlayıb.

Görüşün əsas mövzusu Ukrayna münaqişəsi və diplomatik münasibətlərin bərpası olacaq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, tərəflər səfirliklərin yenidən açılması və diplomatik əlaqələrin normallaşdırılması istiqamətində müzakirələr aparacaqlar.

Qeyd edək ki, ötən ilin oktyabrında Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov vəzifəsini tərk edib və o vaxtdan bəri Moskvanın ABŞ-da rəsmi diplomatik təmsilçisi yoxdur.

ABŞ dövlət katibi Marko Rubio isə vurğulayıb ki, iki ölkə arasında diplomatik nümayəndəliklərin bərpası Ukrayna münaqişəsinə son qoymaq üçün aparılan danışıqların bir hissəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.