Dünya tarixinin ən gənc qatili sayılan Amarjeet Sada ilk qətl hadisəsini 7 yaşı olarkən törədib. Ailəsi tərəfindən gizlədilən cinayətlərinə görə cəzalandırılmayan oğlan qısa zamanda daha iki körpəni öldürüb. Lakin o, üçüncü əməlində tutulub.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Amarjeet Sada 1998-ci ildə Hindistanın Bihar əyalətində kasıb bir ailədə anadan olub. Onun ailəsinin laqeydliyi və psixoloji problemləri səbəbindən zorakılığa meyilli olduğu bildirilir. Hadisənin ən dəhşətli detallarından biri də onun qurbanlarını seçərkən körpələri hədəf almasıdır.
O, ilk qətlini 2006-cı ildə, 7 yaşı olarkən törədib. Onun qurbanı cəmi bir neçə aylıq olan əmisi oğlu olub. Körpəni susdurmaq üçün əvvəlcə onu çimdikləyib, sonra boğaraq öldürüb. Lakin ailəsi bu dəhşətli cinayəti gizlədib və polisə xəbər verməyib. İlk cinayət ört-basdır ediləndə Amarjeet daha da cəsarətlənib. İkinci qurbanı isə öz 8 aylıq bacısı olub. Körpə qızı boğaraq öldürdükdən sonra cəsədi yatağına qoyub. Ancaq ailəsi hələ də hadisəni polisə bildirməyib. Sonuncu qurban 6 aylıq körpə olub. Kiçik körpəni məktəbin həyətindən tənha yerə aparıb. Onu bir neçə dəfə daşla vuraraq öldürüb və cəsədi basdırıb. Polis axtarışlar nəticəsində Amarjeeti yaxalayıb.
Sorğu zamanı o, gülümsəyərək əməllərini danışıb və uşaq məsumluğu ilə qurbanlarını öldürməyin əyləncəli olduğunu söyləyib.
Hindistan qanunlarına görə uşaqlar ölümə məhkum edilə və ya böyüklər üçün həbsxanaya göndərilə bilməz. Bu səbəbdən Amarjeet Sada yalnız 18 yaşına çatana qədər yeniyetmələr üçün təcridxanada qalıb. 2016-cı ildə azadlığa çıxdıqdan sonra isə yoxa çıxıb.
Onun hara getdiyi və ya yenidən cinayət törədib-törətmədiyi məlum deyil.
Milli.Az