Dünya

“Google” bu ökədə 172 min dollar cərimələndi

21 Fevral 2025 15:14
Baxış: 463
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya məhkəmələri 2024-cü ildə "Google" korporasiyasını dörd dəfə ümumilikdə 172 min 300 dollar məbləğində cərimələyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Kommunikasiyalar, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidməti ("Roskomnadzor") məlumat yayıb.

"2024-cü ildə məhkəmələr "Google" barəsində dörd dəfə cərimə qərarı çıxarıb. Ümumi cərimə məbləği 15.1 milyon rubl təşkil edib", - deyə "Roskomnadzor"un mətbuat xidmətindən bildiriblər.

Qərarlara əsasən, Amerika korporasiyası "ekstremist məzmunlu materialları ləğv etmədiyinə görə, yalan informasiyaya, vətəndaş itaətsizliyinə çağıran materiallara, VPN xidmətləri ilə bağlı məsələlərə və "YouTube"da olan digər qanunsuz kontentlərə görə" cərimələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.