Dünya

Kirayə pulunu gecikdirən qadına silahlı hücum EDİLDİ - FOTO

20 Fevral 2025 20:40
Baxış: 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Adanada kirayə pulunu gecikdirən gənc qadına silahlı hücum edilib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, 21 yaşlı Hatun Umaçadlı qadın kirayə pulunu gecikdirdiyi üçün iş yeri sahibi İdris İ. tərəfindən vurulub. Hadisə 16 fevralda baş verib, İdris İ. və qardaşı oğlu Fırat T. ilə mağazaya gedərək, mübahisə sonrası ov tüfəngi ilə atəş açıb.

Hatun Umaç ayağından yaralanıb, anası Yeliz və atası Bülent isə yüngül xəsarətlərlə evə buraxılıb. 

Hadisənin ardından Hatun Umaçın qardaşı Aras Umaçın taksisi restoranın qarşısında yandırılıb. Hadisə ilə bağlı polis araşdırmalarını davam etdirir.

Hatun Umaç başına bir şey gələrsə, məsuliyyətin İdris İ.-yə aid olduğunu bildirib və ailəsinin təhlükəsizliyi ilə bağlı qorxu yaşadığını qeyd edib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.