Hadisə

Ağcabədidə ağır QƏZA - Xəsarət alanlar var

15 Mart 2026 11:05
Baxış: 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağcabədi rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a  istinadən xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Rövşən İsmayılov, Eldəniz Əbülfət, Saya Mehralızadə və Gülüm Mehralıyeva xəsarət alıblar.

Toqquşmanın təsirindən Rövşən İsmayılovun idarə etdiyi VAZ-2106 markalı avtomobil yol kənarındakı dərəyə aşıb.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.