Dünya

"Ukraynalılar özlərini aldadılmış hiss edirlər"

19 Fevral 2025 14:17
Baxış: 1 200
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş ABŞ-Rusiya danışıqlarına münasibət bildirib.

Milli.Az xəbər verir ki, CNN Türk-ün suallarını cavablandıran Zelenski danışıqların vaxtının onun Səudiyyə Ərəbistanına səfərinə təsadüf etdiyini vurğulayıb.

"Mən istəmirəm ki, bu bir oyun təsiri bağışlasın. Bu, oyun deyil. Ukrayna üçün etimadın itirilməsini istəmirik. Çünki çox sayda təsadüf var. Bizi çağırmayıblar", - Ukrayna Prezidenti qeyd edib.

Zelenski şəffaf və ədalətli bir görüş istədiyini qeyd edib: "Bu mənim istədiyim tək şeydir. Ukraynalılar özlərini aldadılmış hiss edirlər. Mən xalqımın hissləri ilə oynanılmasını istəmirəm". /APA

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.