Dünya

Tramp həbsxana fotosunu Ağ Evdə asdı - FOTO

15 Fevral 2025 08:15
Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp 13 fevral 2025-ci ildə Ağ Evdə Hindistanın baş naziri Narendra Modi ilə görüşüb. Görüş zamanı açıq qapıdan Trampın 2023-cü ildə Corciyada həbs olunduğu zaman çəkilmiş fotoşəklinin çərçivəyə salınaraq Oval Ofisin qarşısında asıldığı görünür.

Ağ Evdən çəkilmiş fotolar Trampın həbs şəklini çərçivəyə saldıraraq Oval Ofisin qarşısına yerləşdirdiyini göstərir.

Cümə axşamı baş tutan Tramp-Modi görüşü zamanı çəkilmiş şəkillər sosial şəbəkələrdə geniş yayılıb. Şəkillərdə Oval Ofisin açıq qapısından "New York Post" qəzetinin məşhur 2023-cü il həbs fotosunu ön səhifədə yayımladığı çərçivəli versiya divarda görünür.

O, 2020-ci il prezident seçkilərinin nəticələrini dəyişməyə cəhd göstərmək ittihamı ilə həbs olunmuşdu.

Tramp ilk prezidentlik müddətindən sonra dörd cinayət işi üzrə ittiham olunmuşdu. O, Nyu-York məhkəməsi tərəfindən porno ulduz Stormi Daniels-ə ödənişlərə dair iş üzrə 34 maddə üzrə biznes sənədlərini saxtalaşdırmaqda təqsirli bilinmişdi.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.