Dünya

Yunanıstanın yeni prezidenti seçildi

12 Fevral 2025 13:15
Baxış: 718
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstan parlamenti qanunverici orqanın keçmiş sədri Konstantinos Tasoulası ölkənin prezidenti seçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 65 yaşlı Tasoulas parlamentdə keçirilən səsvermənin dördüncü turunun nəticələrinə əsasən dövlət başçısı seçilib.

Onun namizədliyini ölkənin Baş naziri Kiriakos Mitsotakis irəli sürmüşdü. 

Qeyd edək ki, yanvarın 25 və 31-i, eləcə də fevralın 6-da baş tutan ilk üç tur uğursuz nəticələnib.

O bu vəzifədə Katerina Sakellaropoulounu əvəz edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.