Dünya

Şahzadə IV Kərim Ağa Xan öldü

5 Fevral 2025 08:45
Baxış: 978
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsmaililərin ruhani lideri Şahzadə IV Kərim Ağa Xan 88 yaşında Lissabonda vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə İsmaili İmamət Divanının rəsmi açıqlamasında bildirilir.

IV Ağa Xan 1957-ci ildən, 20 yaşından ismaili icmasına rəhbərlik edir.

Ənənəyə görə, yeni imam sələfi tərəfindən vəsiyyətlə təyin olunur.

IV Kərim Ağa Xanın vəsiyyətinin oxunmasından sonra yeni imamın adının yaxın günlərdə açıqlanması gözlənilir. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.