Dünya

ABŞ-də yüzlərlə FTB agenti işdən çıxarıla bilər

1 Fevral 2025 09:51
Baxış: 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ administrasiyası Prezident Donald Trampla bağlı araşdırmalarda iştirak edən Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşlarını işdən çıxarmağı planlaşdırır.

Milli.Az xəbər verir ki, bu barədə "Washington Post" öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, FTB-nin yüzlərlə əməkdaşı işdən çıxarıla bilər. İlk növbədə, bu tədbir 2021-ci ilin yanvarında Vaşinqtonda Kapitoliyə hücumun şərtlərini araşdıran, həmçinin Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı işə rəhbərlik edən xüsusi müşavir Cek Smitlə əməkdaşlıq edən agentlərə təsir edə bilər./lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.