Dünya

Tramp BRİCS ölkələrini hədələdi

31 Yanvar 2025 08:52
Baxış: 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp qlobal ticarətdə ABŞ dollarına qarşı yeni valyuta və ya başqa alternativ yaratmağa çalışacaqları təqdirdə yenidən BRİCS ölkələrinə 100% idxal rüsumları tətbiq edəcəyinə söz verib.

Milli.Az xəbər verir ki, Tramp bu barədə "Truth" hesabında yazıb.

"Biz zahirən düşmən kimi görünən bu ölkələrdən yeni BRİCS valyutası yaratmamağı və ya güclü ABŞ dollarını əvəz edəcək hər hansı başqa valyutaya dəstək verməməyi tələb edəcəyik. Əks təqdirdə onlar 100% miqdarında əlavə rüsumlarla üzləşəcək və böyük Amerika iqtisadiyyatına mal satmaq imkanı ilə vidalaşacaqlar", - deyə o yazıb. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.