Erməni lobbisi ilə yaxın əlaqələri olan keçmiş ABŞ senatoru Bob Menendez Misir və Nyu-Cersi iş adamlarına siyasi xidmətlər müqabilində qızıl külçələr də daxil olmaqla rüşvət aldığı üçün 11 il müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Manhettendə federal məhkəmə qərar verib.
Məhkəmə Menendezi bütün maddələr üzrə təqsirli bilib.
Menendezin aldığı rüşvətlər arasında nağd pul, qızıl külçələr və Mercedes-Benz avtomobili də var idi.
Milli.Az