Ölkə

Azərbaycanda məktəb avtobuslarından istifadə təmin olunacaq

30 Yanvar 2025 20:44
Baxış: 1 312
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə "məktəb avtobusları"ndan istifadə təşkil olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir

Dövlət Proqramına əsasən, 2025−2030-cu illər ərzində bu istiqamətdə təhlillər aparılıacaq, ehtiyaclar müəyyən olunacaq və ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların daşınması üçün "məktəb avtobusları"ndan istifadə olunması təmin ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.