Ölkə

Okhatan Neo qrupunun üzvləri Samid Bağırovla görüşüb - FOTO

30 Yanvar 2025 19:24
Baxış: 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Okhatan Neo qrupunun üzvləri "Şah İsmayılın həyatı" adlı kitabın müəllifi, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Samid Bağırovla görüşüb.

Milli.Az xəbər verir ki, görüşdə kitabla bağlı geniş müzakirəklər aparılıb. Müəllif əsərdə şahın həyatını və fəaliyyətini qələmə aldığını bildirib.

Bunun üçün isə iki əsərə,  "Fütuhati-şahi" və "Həbibüs-siyər" -ə müraciət edib. Şah İsmayıl Xətai və onun dövrünün araşdırılması, eyni zamanda tədqiqatı ilə məşğul olan Okhatan Neo qrupu isə tədqiqatlar nəticəsində əldə etdikləri bir çox faktları yazarla bölüşüblər.

Daha sonra qrup S.Bağırovu "Sənaye nümunəsi" patenti almış oxçu üzükləri ilə tanış edib. Üzüklər və digər sənət nümunələrini yazar böyük diqqətlə qarşılayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.