Dünya

Məktəbdə qorxu dolu anlar - Şagirdin çantasında görün nə partladı

28 Yanvar 2025 12:07
Baxış: 1 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Perm şəhərində məktəblinin çantasında xarici batareya (power bank) partlayıb.

Milli.Az xəbər verir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb.

Hadisə 116 saylı məktəbdə baş verib. Dərs zamanı "power bank" əvvəlcə qığılcım saçmağa başlayıb, daha sonra isə partlayıb.

Məktəbli cihazı söndürməyə çalışıb - onu yerə atıb və ayağı ilə tapdalayıb. Lakin batareyanın alovlanmasının qarşısını almaq mümkün olmayıb. Hadisə nəticəsində məktəbli xəsarət almayıb.

Yanğını tez söndürmək mümkün olub.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.