İdman

Mariya Stadnik karyerasını bitirdi

2 Fevral 2025 21:01
Baxış: 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, güləşçi bu barədə instaqram hesabında paylaşım edib.

"Adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hər şey üçün sənə təşəkkür edirəm".

Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.