İtə görə başladılan və 100-lərlə insanın həyatına son qoyan MÜHARİBƏ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi ölkələr arasında gərgin münasibətlərin hərbi əməliyyatlara çevrilməsi üçün kiçik səbəblər belə kifayət edir. Təxminən 100 il əvvəl belə kiçik səbəblərdən biri qısa çəkən, lakin yüzlərlə insanın həyatına son qoyan müharibəyə səbəb olmuşdu.
Söhbət 1925-ci ilin oktyabrında Yunanıstan və Bolqarıstan arasında baş verən hərbi toqquşmadan gedir. Gərgin münasibətdə olan ölkələr arasında müharibənin başlanması üçün bəhanə Yunanıstan tərəfində keşik çəkən sərhəd itinin Bolqarıstan tərəfinə keçməsi olub.
Milli.Az həmin hadisə ilə bağlı yazını təqdim edir.
Hadisə Bolqarıstan-Yunanıstan sərhədində baş verib. Yunanların və bolqarların əsasən əks tərəfdə olduqları Balkan və Birinci Dünya Müharibələrindən sonra ölkələr arasında münasibətlər çox gərgin idi. Bolqarlar uduzan tərəf kimi yunanlara biabırçı hesab etdikləri sülhə görə çox qəzəblənirdilər. 1925-ci ilə qədər iki ölkənin sərhədində heç bir insident olmamışdı, amma 1925-ci il oktyabrın 19-da hər şey dəyişdi. Petriç insidenti kimi tarixə keçən və Bolqarıstanın nəzarətində olan Pirin Makedoniyasının paytaxtı Petriç şəhərinin adından götürülən hadisə iki ölkəni müharibə qarşısına qoydu.
Baş verənlərlə bağlı bir neçə versiya var. Əsas versiyaya görə, yunan sərhədçisinin iti bolqar hərbçilərinin mövqeyinə tərəf qaçır və yunan it baxıcısı onun arxasınca getdiyi zaman bolqarlar tərəfindən güllələnərək öldürülür. Digər versiyaya görə isə Bolqarıstan sərhədçiləri sərhədə yaxın ərazidə quyu qazmağa başlayır, yunanlar istehkamların tikildiyindən ehtiyatlanır (sülh müqaviləsinə əsasən, bolqarlara onları sərhəd yaxınlığında tikməyə icazə verilmirdi), və bunu araşdırmağa gedən yunan zabiti Bolqarıstan tərəfindən öldürülür. Versiyalardan hansının doğru, hansının uydurma olduğu müəyyən edilməsə də, hər iki versiyada danılmaz fakt ölən hərbçinin yunan olması ilə bağlı idi. Buna görə də Yunanıstan hakimiyyəti bu insidentdən maksimum istifadə etmək qərarına gəlir. O zamanlar Yunanıstan Prezidenti səlahiyyətlərini general Teodoros Panqalos icra edirdi və seçkilərin yaxınlığına görə o, Bolqarıstanla gərginlikdə maraqlı idi. Bundan əlavə, güclülərin siyasətinin düzgünlüyünü nümayiş etdirən xoşagəlməz bir presedent də var idi: 1923-cü ildə İtaliya Millətlər Liqasının etirazına baxmayaraq, oxşar əhəmiyyətsiz bəhanə ilə Yunanıstanın Korfu adasını işğal etmişdi.
Bolqarıstan baş verənlərə görə dərhal yazılı üzrxahlıq göndərdi, lakin qarşı tərəf onlardan Yunanıstan ərazilərindən dərhal çıxmasını (orada heç kim qalmasa da), 2 milyon frank təzminat ödəməyi və rəsmi üzr istəməsini tələb etdilər və buna 48 saat vaxt qoydular. Bolqarlar məsələnin sülh yolu ilə həll edilə bilməyəcəyini başa düşdülər və mülki əhalidən olan könüllülərdən istifadə edərək müdafiəyə hazırlaşdılar. Bolqarıstan sərhədçilərinə təxribatçı hərəkətlər etməmək və yalnız hücum zamanı atəşlə cavab vermək əmri verildi, yunanlar isə piyada qoşunlarını, artilleriya, minaatan, pulemyot və aviasiya qüvvələrini hazır vəziyyətə gətirdilər. Yunanıstan oktyabrın 22-də müharibə elan etmədən on kilometrlərlə irəliləyərək Bolqarıstana hücum etdi. Bolqarıstanın müdafiəsinin keçilməz olduğunu sübut edən Petriç uğrunda döyüşlər başladı. Bu təəccüblü deyildi - bolqar könüllüləri (4 min nəfər) əsasən Balkan müharibələrində və Birinci Dünya Müharibəsində iştirak etmiş təcrübəli əsgərlər idi.
Bolqarıstan münaqişəni həll etmək üçün Millətlər Liqasına müraciət edərək diplomatiyaya arxalandı. Yunanıstan hücumunu və ya Petriçə hücum cəhdlərini dayandırmasa da, Bolqarıstan şəhərlərini işğal etməyəcəyini bəyan etdi. Döyüşlər zamanı yunanlar 120 nəfərə qədər hərbçisini itirdi və Millətlər Şurasının qərarı ilə Bolqarıstana 45 min funt sterlinq məbləğində pul təzminatı təyin edildiyi barədə məlumat aldılar. Bölgəyə bir sıra Avropa ölkələrindən, o cümlədən yunanların nifrət etdiyi İtaliyadan müşahidəçilər göndərildi.
Yunanlar bu qərardan narazı idilər, amma qərara əməl etdilər və nəhayət ki, oktyabrın 29-da adi bir itə görə başladılan bu sərsəm müharibəyə son qoydular. Sonradan Yunanıstan bolqarlara təzminat da ödəməli oldu. İki tərəf sonradan İkinci Dünya Müharibəsi zamanı da üz-üzə gəldilər. /Lent.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
XƏBƏR LENTİ
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)





