Gürcüstan

Tbilisidə etiraz aksiyası - çox sayda saxlanılanlar var

2 Fevral 2025 19:09
Baxış: 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisidə xüsusi təyinatlı polis dəstələri strateji əhəmiyyətli yolu bağlamağa çalışan etirazçılara müdaxilə edib.

Milli.Az xəbər verir ki, "Tbilisi Mall"ın yaxınlığına toplanan etirazçılar paytaxtın şimal girişi olan Aqmaşenebeli prospektini bağlamağa cəhd ediblər. Etirazla əlaqədar əraziyə yüzlərlə polis xüsusi təyinatlısı cəlb olunub, çox sayda saxlanılanlar var. Gürcüstan DİN etirazçılara müraciət edərək qanunla müəyyən edilən çərçivəni aşmamağa çağırıb və strateji əhəmiyyətli yolun bağlanmasının cinayət məsuliyyətinə cəlb olunma ilə nəticələnəcəyinə dair xəbərdarlıq edib. Hazırda ərazidə gərginlik davam edir.

Etirazçılar aksiyalar zamanı saxlanılanların azadlığa buraxılmasını, yeni seçkilərin keçirilməsi kimi tələblər irəli sürürlər. Polisin müdaxiləsi zamanı xəsarət alanların olduğu bildirilir. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.