Hindistanın cənubundakı Kerala ştatında keçirilən festival zamanı filin hücumu nəticəsində azı 17 nəfər yaralanıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, heyvanın qəfil davranışı panikaya səbəb olub, iştirakçılar təhlükəsiz yerə qaçmağa çalışıblar. Yaralananların əksəriyyəti çaxnaşma zamanı yaranan izdihamda xəsarət alıb.
Hadisədən təxminən iki saat sonra fil zəncirlərlə sakitləşdirilib.
Milli.Az