Trampın ilk "döyüşü" hansı ölkələrlə olacaq? - ABŞ böyük böhranın astanasında
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-nin Meksika ilə sərhədində maraqlı siyasi gərginlik yaşanır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global"ın dərc etdiyi yazıda bəhs edilir.
Bildirildiyinə görə, ABŞ Prezidenti Co Bayden prezidentlik müddətinin bitməsinə sayılı günlər qaldığı bir zamanda maraqlı qərar verib. Bayden Meksika sərhədindən qeyri-qanuni keçidlərin qarşısının alınması məqsədilə alınan sərhəd divarı üçün materialların satışa çıxarılmasını əmr edib. Lakin Texas ştatının Baş Prokurorluğu əmrin icrasını 30 gün təxirə salıb və bu səlahiyyəti yeni Prezident Donald Trampa həvalə edib.
Texas bununla son iki ildə ikinci dəfə federal qanuna qarşı çıxmış olub. Belə ki, ötən ilin yanvar ayında da əyalət qubernatoru Qreq Abbott sərhəddə qeyri-qanuni mühacirlərə qarşı hasarları məftillə hördürüb və ABŞ Ali Məhkəməsindən bunun ləğvi ilə bağlı qərar çıxsa da, qubernator federal qərara məhəl qoymayıb.
Bütün bunların fonunda ABŞ Dövlət Departamentinin rəsmiləri Tramp dövründə ən böyük xarici siyasət böhranlarının Rusiya, Çin və ya İranla deyil, Meksika və Latın Amerikası ölkələri ilə yaşanacağını dilə gətirməyə başlayıblar.
Ekspertlərin ehtimallarına görə, yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Donald Tramp yüzminlərlə qeyri-qanuni mühaciri deportasiya edəcək və milyonlarla insanın vətəndaşlığını ləğv edəcək.
ABŞ diplomatlarının fikrincə, Donald Tramp prezident kimi vəzifəsinin icrasına ölkənin immiqrasiya siyasətini tamamilə dəyişdirməklə başlayacaq. Trampın ABŞ torpaqlarında doğulanlara verilən təbii vətəndaşlıq qanununda dəyişikliklər edəcəyi və yüzminlərlə insanı deportasiya edəcəyi də ehtimal edilir. Bununla da onun 30 ildən artıqdır qüvvədə olan və sərt qaydaların qoyulmadığı immiqrasiya və vətəndaşlıq qanunlarını alt-üst edəcəyi güman edilir. Yüksəksəviyyəli diplomatlar hesab edirlər ki, bu siyasətlə Tramp bütün Mərkəzi və Latın Amerikası siyasətini sərtləşdirmiş olacaq.
Ekspertlər ABŞ xalqının iqtisadiyyatla yanaşı, ən böyük probleminin qaçqınlar olduğu qənaətindədirlər. Digər tərəfdən, ABŞ Xarici İşlər Nazirliyinin yüksəksəviyyəli ekspertlərinin fikrincə, Tramp, lazım gələrsə, ölkəyə qeyri-qanuni mühacir axınının qarşısını almaq üçün hətta sərhədləri də bağlaya bilər. Ölkənin Dövlət Departamentinin hüquq ekspertlərinin fikrincə, ölkənin sığınacaq və qaçqınlar sistemi tamamilə yanlış qurulub və işlək vəziyyətdə deyil. Mütəxəssislər, həmçinin, 2022-ci ildə ABŞ-yə qeyri-qanuni yollarla daxil olanların sayının 2,2 milyona çatdığını və ölkəyə girənlərin təkcə Kaliforniya və ya Texas kimi zəngin sərhəd əyalətlərində deyil, bütün ölkəyə yayıldıqlarını da diqqətə çatdırırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq





