Dünya

Bakı və Ankaraya dil uzadan İrana ABŞ-dən reaksiya

1 Yanvar 2025 23:30
Baxış: 1 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrandakı terror rejiminin NATO müttəfiqimiz Türkiyə və Azərbaycana qarşı böhtan xarakterli bəyanatlarını pisləyirəm.

Milli.Az xəbər verir ki, bu sözləri ABŞ Nümayəndələr Palatasının Yaxın Şərq, Şimali Afrika və Orta Asiya Komitəsinin sədri Co Vilson sosial media hesabında yazıb.

Qeyd edək ki, İranın Ərdəbil şəhərində dövlət rəsmilərinin iştirak etdiyi rəsmi mərasim İan dövlət televiziyası tərəfindən canlı yayımlanıb. Mərasimdə Türkiyə və Azərbaycan, o cümlədən Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan haqqında təhqiramiz ifadələr işlədilib.

Bununla bağlı İranın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilini XİN-ə çağırılıb. (axar.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.