İran regional müdaxilə siyasətinə yenidən baxmalıdır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Suriyanın yeni lideri Əhməd əş-Şara "Əl Ərəbiyyə" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, müxalifət qüvvələri Əsədin devrilməsinə səbəb olan hücum zamanı Suriyada İranın mövqelərini müdafiə edib.
Əş-Şara bildirib ki, İran Əsədin əsas dəstəkçilərindən biri olmasına baxmayaraq, müxalifət döyüşçüləri belə bir mövqe sərgiləyiblər.
O əlavə edib ki, bu hərəkətlərə cavab olaraq Tehrandan müsbət jestlər gözləyirdi, lakin belə jestlər gəlmədi.
Milli.Az