Dünya

Türkiyə ilə Almaniya arasında “dönər kabab davası” qızışır

30 Dekabr 2024 00:35
Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya ilə Türkiyə arasında kabab hazırlamaq standartlarına görə gərginlik artır.

Milli.Az xəbər verir ki, "Türkiyənin orijinal dönər üçün hüquqi müdafiəni təmin etmək cəhdi Almaniyanın sevimli fast-foodunun gələcəyinə son qoya bilər".

Nəşr qeyd edib ki, Ankara yazda dönər kababının türk variantını Aİ-də qeydiyyata almaq üçün müraciət edib ki, bu da ona Fransadan gətirilən şampan və digər qeydiyyatdan keçmiş məhsullarla eyni hüquqi müdafiəni verəcək.

Bildirilir ki, Brüssel Ankaranın tərəfini tutsa, alman aşpazlar Türkiyə standartlarına uyğun yemək hazırlamağa başlamalı və ya adlarını tamamilə dəyişməli olacaqlar.

Sentyabrda Avropa Komissiyası Türkiyə və Almaniyaya dönər-kababın hazırlanması ilə bağlı mübahisəni həll etmək üçün altı ay vaxt verib. (Musavat.com)


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.