Dünya

Suriyada hökumətin 14 döyüşçüsü həlak oldu

26 Dekabr 2024 16:02
Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Aralıq dənizi sahillərində Tartus şəhəri (Dəməşqdən 220 km aralı) və onun ətrafında keçmiş rejim tərəfdarlarını təqib edərkən pusquya düşüb, 14 döyüşçü öldürülüb.

Milli.Az xəbər verir ki, bunu SANA agentliyinə ölkənin daxili işlər naziri Məhəmməd Əbdül Rəhman deyib.

Onun sözlərinə görə, atışmada Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı da yaralanıb.

O vurğulayıb ki, hakimiyyət sabitliyin və vətəndaş sülhünün qorunması üçün səylərini əsirgəməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.