Dünya

Ailələrdən Netanyahuya: "Girovları və əsgərləri unutmusunuz"

25 Dekabr 2024 11:53
Baxış: 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail əsgərlərinin ailələri ölkənin Baş naziri Benyamin Netanyahuya müraciət ediblər.

Milli.Az "Times of Israel"ə istinadən xəbər verir ki, ailələr məktub vasitəsilə Qəzza zolağına hücumların dayandırılmasını və əsirlərin dəyişdirilməsi üçün addımlar atılmasını tələb ediblər.

Məktubda ailələr Netanyahunu siyasi karyerası və şəxsi maraqları naminə Qəzzada hücumları davam etdirməkdə ittiham ediblər:

"Biz inanırıq ki, siz girovları və əsgərləri unutmusunuz. Girovların azad olunması və müharibənin dayandırılması üçün razılığın əldə edilməsini tələb edirik," - deyə məktubda qeyd olunub.

Nərmin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.