İsrail əsgərlərinin ailələri ölkənin Baş naziri Benyamin Netanyahuya müraciət ediblər.
Milli.Az "Times of Israel"ə istinadən xəbər verir ki, ailələr məktub vasitəsilə Qəzza zolağına hücumların dayandırılmasını və əsirlərin dəyişdirilməsi üçün addımlar atılmasını tələb ediblər.
Məktubda ailələr Netanyahunu siyasi karyerası və şəxsi maraqları naminə Qəzzada hücumları davam etdirməkdə ittiham ediblər:
"Biz inanırıq ki, siz girovları və əsgərləri unutmusunuz. Girovların azad olunması və müharibənin dayandırılması üçün razılığın əldə edilməsini tələb edirik," - deyə məktubda qeyd olunub.
Nərmin
Milli.Az