Tramp bu ölkəni işğalla hədələdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Panamanı Panama kanalının ABŞ-ın nəzarətinə qaytarılması ilə təhdid edib. "Ölkəmizin talanması dərhal dayandırılmalıdır. Əgər bizim xoşməramlı jestimizin hüquqi və mənəvi prinsiplərinə riayət olunmasa, bu təqdirdə Panama kanalı bizə qayıtmalı olacaq", - Tramp bildirib.
Milli.Az xəbər verir ki, bu barədə danışan politoloq Kamran Cəfərov Trampın Panamanı faktiki işğalla hədələdiyini vurğulayıb.
Politoloq qeyd edib ki, Trampın qəzəblənməsinə səbəb Panamanın iddialarını artırması, Çinlə işbirliyi və ABŞ-a məxsus ticarət gəmilərindən aşırı yüksək vergilərin alınmasıdır:
"Panama - iqtisadi nöqteyi-nəzərdən vacib bir kanaldır və gəmilərin Atlantik və Sakit okeanları arasında ən qısa əlaqəsini təmin edir. Problemin isə uzun bir tarixçəsi var.
1903-cü ilin yanvarında ABŞ və Kolumbiya arasında Panama kanalının keçdiyi ərazinin ABŞ-a 100 il müddətinə icarəsi üçün saziş imzalandı. Müqaviləyə görə ABŞ Kolumbiyaya 10 milyon dollar birdəfəlik və hər il 250 min dollar ödəməliydi, Panama kanalı isə Kolumbiya dövlətinin yurisdiksiyasında qalırdı. O zaman Kolumbiyanın daxilində vətəndaş müharibəsi gedirdi və Kolumbiya parlamenti həmin müqaviləni ratifikasiya etmədi. Eyni zamanda Kolumbiyanın ərazisində ABŞ-ın dəstəyilə Panama dövləti yarandı və 1903-cü ilin noyabrında yeni yaranmış Panama dövləti və ABŞ arasında Panama kanalının ABŞ-ın icarəsinə yox, tam yurisdiksiyasına verilməsini nəzərdə tutan saziş imzalandı.
Panamalılar həmin kanalın nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu anladılar və fərqli tarixlərdə ölkənin daxilində kanalın Panama dövlətinin yurisdiksiyasına qaytarılması məsələsi gündəmə gəlirdi.
1968-ci ildə Panamada hərbi çevriliş baş verdi və dövlətin başına general Omar Torrixos gəldi. Ölkədə bir sıra islahatlara başlayan Torrixos bəyan etmişdi ki, həyatının əsas məqsədi Panama kanalının Panama dövlətinin yurisdiksiyasına qaytarılmasıdır.
ABŞ-ın Vyetnamda məğlibiyyətindən ilhamlanan Torrixos Vaşinqtonu artilleriya ilə kanalı vuracağı ilə hədələməyə başladı. Torrixos Panama üçün ən əlverişli tarixi məqam seçmişdi və 1977-ci ildə Pentaqon və MKİ-nin təkidlərinə baxmayaraq, Prezident Karter Torrixosun şərtlərini qəbul etdi və müqavilə imzaladı. Karter bildirirdi ki, SSRİ regionda sürətlə güclənir və onun güclənməsinin qarşısını almaq üçün ABŞ-ın region dövlətlərinə güzəştlər etməsi zəruridir. 1999-cu ildə isə kanal Panama dövlətinin yurisdiksiyasına keçdi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Serbiyada MiQ-29 qırıcısı qəzaya uğradı - Pilot öldü
-
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
-
Bu ölkə də Rusiya ilə sərhədi bağlaya bilər
XƏBƏR LENTİ
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar





