Qırğızıstanın Baş naziri və Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov istefaya göndərilib.
Milli.Az-ın xəbərinə görə, bu barədə prezident Sadır Japarov sərəncam imzalayıb.
Onun səlahiyyətlərinin müvəqqəti icrası Baş nazirin birinci müavini və maliyyə naziri Adılbek Kasımaliyevə tapşırılıb.
Qeyd edək ki, A. Kasımaliyev 2015-2018-ci illərdə maliyyə naziri vəzifəsində çalışıb, 2022-ci ildən isə baş nazirin birinci müavini təyin olunub. /APA
Milli.Az