Qırğızıstan Prezidenti Baş naziri istefaya göndərdi

16 Dekabr 2024 09:10

Qırğızıstanın Baş naziri və Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov istefaya göndərilib.

Milli.Az-ın xəbərinə görə, bu barədə prezident Sadır Japarov sərəncam imzalayıb.

Onun səlahiyyətlərinin müvəqqəti icrası Baş nazirin birinci müavini və maliyyə naziri Adılbek Kasımaliyevə tapşırılıb.

Qeyd edək ki, A. Kasımaliyev 2015-2018-ci illərdə maliyyə naziri vəzifəsində çalışıb, 2022-ci ildən isə baş nazirin birinci müavini təyin olunub. /APA

Milli.Az