Dünya

Dünyanın ən uzun sualtı avtomobil tuneli : Yüzlərlə metr dərinlikdə... - FOTOlar

15 Dekabr 2024 07:02
Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveç ən uzun sualtı avtomobil tunellərindən birinin inşasına başlayıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Norveçdə inşa ediləcək 26,5 km uzunluğunda sualtı Boknafyord tuneli Randaberq və Bukn rayonlarını birləşdirəcək.

Bu tunel, sürücülərə hava şəraitindən asılı olmadan hərəkət etməyə imkan verəcək, çünki hazırda bu ərazilər arasında bərə xidməti hava şəraitinə görə tez-tez dayandırılır. Dörd zolaqlı tunel birbaşa qaya süxurunda qazılacaq və keçid 35 dəqiqə davam edəcək. Tunel istifadəçiləri üçün keçid qiyməti təxminən 38 dollar olacaq. Mühəndislik layihəsinin ümumi dəyəri isə 2 milyard dollardan çoxdur.

Qeyd edək ki,Boknafjord tuneli və onun digər layihələri Norveçin nəqliyyat infrastrukturunu dəyişdirmək, daha sürətli, daha səmərəli səyahət təklif etmək və əsas şəhərlər arasında əlaqəni yaxşılaşdırmaq məqsədi daşıyır. Bu üzən tunellərin əlavə edilməsi ilə ölkə irimiqyaslı sualtı nəqliyyat layihələri üçün qlobal presedent yaradır və yol mühəndisliyinə innovativ yanaşması ilə beynəlxalq diqqəti cəlb edir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.