Norveç ən uzun sualtı avtomobil tunellərindən birinin inşasına başlayıb.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Norveçdə inşa ediləcək 26,5 km uzunluğunda sualtı Boknafyord tuneli Randaberq və Bukn rayonlarını birləşdirəcək.
Bu tunel, sürücülərə hava şəraitindən asılı olmadan hərəkət etməyə imkan verəcək, çünki hazırda bu ərazilər arasında bərə xidməti hava şəraitinə görə tez-tez dayandırılır. Dörd zolaqlı tunel birbaşa qaya süxurunda qazılacaq və keçid 35 dəqiqə davam edəcək. Tunel istifadəçiləri üçün keçid qiyməti təxminən 38 dollar olacaq. Mühəndislik layihəsinin ümumi dəyəri isə 2 milyard dollardan çoxdur.
Qeyd edək ki,Boknafjord tuneli və onun digər layihələri Norveçin nəqliyyat infrastrukturunu dəyişdirmək, daha sürətli, daha səmərəli səyahət təklif etmək və əsas şəhərlər arasında əlaqəni yaxşılaşdırmaq məqsədi daşıyır. Bu üzən tunellərin əlavə edilməsi ilə ölkə irimiqyaslı sualtı nəqliyyat layihələri üçün qlobal presedent yaradır və yol mühəndisliyinə innovativ yanaşması ilə beynəlxalq diqqəti cəlb edir.
Fidan
Milli.Az