Dünya

Toy günü gəlini vurub öldürmüşdü - bu cəza verildi

3 Dekabr 2024 19:26
Baxış: 1 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da toy günü gəlini vurub öldürən qadın sürücüyə hökm oxunub.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə 2023-cü il aprelin 28-də Cənubi Karolina çimərliyində Folly Beach yolunda baş verib. 27 yaşlı Ceymi Li Komoroski sərxoş halda yüksək sürətlə yeni evlənən cütlüyün olduğu qolf arabasına çırpılıb.

Məlumata görə, mərhum 34 yaşlı Samanta Miller həmin an gəlinlik paltarında toyundan çıxıb evə gedirmiş. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Bəy kəllə-beyin travması alıb və çoxsaylı sümükləri sınıb.

Məhkəmə qadın sürücü Komoroskini 25 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.