Dünya

Trampı öldürməklə hədələyən şəxs həbs edildi

27 Noyabr 2024 17:12
Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ hakimiyyəti yeni seçilmiş prezident Donald Trampı və ailəsini öldürməklə hədələyən şəxsi həbs edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, Manuel Tamayo-Torres adlı şəxs Trampa və ailəsinə qarşı bir neçə dəfə hədə-qorxu gəlib. O , sosial şəbəkədə təhdid mesajları göndərib:

"Siz öləcəksiniz, oğlunuz öləcək, bütün ailəniz öləcək".

Bundan əlavə, videoda o, AR-15 tüfəngini yelləyərək, Tramp haqqında müxtəlif qəribə açıqlamalar verib. 

Qeyd edək ki, Tramp iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə ona sui-qəsd cəhdini xatırladaraq, sui-qəsd cəhdlərini araşdırmaq üçün müstəqil komissiya yaradacağını bildirib.

Nərmin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.