Dünya

12 ildən sonra Suriyaya səfir təyin etdilər - FOTO

21 Noyabr 2024 09:05
Baxış: 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya 10 ildən artıq davam edən fasilədən sonra Suriyaya səfir göndərib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Belə ki, İtaliya səfir Stefano Ravanyanın başçılığı ilə Suriyaya diplomatik missiya göndərib.

"Mən Dəməşqdəki vəzifəmi həvəslə yerinə yetirirəm, böhranın mürəkkəbliyini bilirəm, lakin İtaliyanın Suriya xalqına hansı töhfələr verə biləcəyini bilirəm", - diplomat deyib.

Qeyd edək ki, 2012-ci ildə İtaliya Dəməşqdəki səfirliyinin fəaliyyətini dayandırdığını elan edib və təhlükəsizlik səbəbi ilə diplomatik işçilərini geri çağırıb. İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tajaninin sözlərinə görə, diplomatik nümayəndəlik heç vaxt bağlanmayıb, lakin orada heç bir diplomat olmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.