Səkkiz günlük kosmosa gedən və hələ də yerə qayıda bilməyən NASA astronavtları açıqlama verib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Sunita Williams səhhətinin yaxşı olduğunu bildirib.
O, hətta orada idman etdiyini də açıqlayıb.
Kosmosda missiyalarını kosmik gəmi olmadan davam etdirən Sunita 'Suni' Williams və Barry 'Butch' Wilmore fevral ayında Yerə qayıda biləcəklər.
Xatırladaq ki, 59 yaşlı Uilyams və 61 yaşlı Uilmor iyunun 5-də səkkiz günlük kosmosa səyahət ediblər, lakin onların kosmik gəmisi texniki səbəblərdən nasaz olduqdan sonra ikili yeni kosmik gəminin göndərilməsini gözləyiblər. Bir neçə gün əvvəl ikilinin jurnalda dərc olunan fotosu insanlarda narahatlıq yaratmışdı. Hətta bəzi ekspertlər fotolarda Uilyamsın zəif göründüyünü və vəziyyətinin yaxşı olmadığını bildirmişdi.
Fidan
Milli.Az