Dünya

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

4 Noyabr 2024 13:11
Baxış: 747
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran İsrailə cavab hücumunda əvvəlkilərlə müqayisədə daha güclü döyüş başlıqlarından istifadə edə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" İran və ərəb rəsmilərinə istinadən xəbər verib.

Bildirilib ki, İran hökuməti İsrailə cavabında əvvəlki hücumlarda olduğu kimi raket və pilotsuz uçuş aparatları ilə kifayətlənməyi planlaşdırmır. Mənbələr iddia edir ki, bu vəziyyətdə istifadə ediləcək hər bir raket daha güclü döyüş başlığına malik olacaq.

Nəşrdə qeyd olunub ki, İran İsrailə qarşı "kompleks cavab" planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.