Dünya

İsrail İrana bu qırıcılarla hücum edib - FOTO

26 Oktyabr 2024 20:40
Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail İrana cavab zərbələri çərçivəsində havalanan qırıcılarının görüntülərini yayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təqdim olunan kadrlarda qırıcı təyyarələrin dəqiq zərbələrə uçuşa hazırlığı əks olunub.

Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail İrana çoxsaylı raket hücumları həyata keçirib və bununla da bu ayın əvvəlində İslam Respublikasının kütləvi hücumuna cavab verib.

İsrail Müdafiə Qüvvələri İranın raket istehsal edən obyektlərinə, eləcə də raket sistemlərinə zərbələr endirib. İsrailin Hərbi Hava Qüvvələri İrana gecə hücumu zamanı 100-dən çox təyyarədən istifadə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.