Maraqlı

Sabiq nazir: "Gördüm ki, yoldaşım bir qadının qucağında oturub"

26 Oktyabr 2024 23:00
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, verilişin budəfəki sayı Novxanı sakini, ötən əsrin 60-cı illərində Azərbaycanda yerli sənaye və məişət xidməti naziri olan Nəbibə Həsənovaya həsr olunub.

92 yaşlı N.Həsənova çətin həyat yolundan söz açıb:

"Ailədə 3 bacı, 1 qardaş olmuşuq. Qardaşım tez evləndi və ard-arda 3 oğlu oldu. Mən də o vaxtlar 7-ci sinifdə oxuyurdum. Qardaşım dedi ki, dərsə getmə, uşaqlara bax. Amma ondan gizli oxuyub məktəbi bitirdim. Moskvada institutu da bitirəndən sonra Azərbaycana qayıtmalı oldum, yəni özləri göndərdilər. Çünki həmin dövrdə qadın evli olmasa, ona yüksək vəzifə vermirdilər".

N.Həsənova 1955-ci ildə Moskva Yüngül Sənaye Texnologiya İnstitutunu bitirdikdən sonra təyinatla Əli Bayramov adına fabrikə mühəndis-mexanik göndərilir. 1961-ci ildə onu nazir müavini, 1963-cü ildə isə nazir təyin edirlər. Lakin ona vəzifə verilməsi üçün ailə qurması şərt idi. Buna görə də N.Həsənova qonşuluqda yaşayan diş həkimi ilə ailə qurur.

Bir gün o, həyat yoldaşına baş çəkmək üçün klinikaya gedir və bu zaman gözləmədiyi mənzərə ilə qarşılaşır:

"Klinikaya gedəndə gördüm ki, yoldaşım bir qadının dizinin üstündə oturub. Bu hadisədən sonra qorxusundan məndən ayrıldı. Ona dedim ki, sən məni necə yandırmısansa, mən də səni elə yandıracağam".

Karyerası müddətində N.Həsənovaya mane olmaq istəyənlər çox olub. Xüsusən də ermənilər bu işdə aktivlik göstəriblər. Amma N.Həsənova bir gündə 12 erməni müdirini işdən azad edib və bu, ölkədə sensasiya doğurub.

"Fabrikdə işləyərkən erməniləri işsiz qoydum. Onlarla başabaş işləmək mənim üçün çətin deyildi. Heç vaxt da rüşvət almamışam", - deyə N.Həsənova bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.