Gürcüstan

Kobaxidze seçkinin nəticələrindən danışdı

26 Oktyabr 2024 23:38
Baxış: 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu qələbənin əsas müəllifi, şübhəsiz ki, gürcü xalqıdır. Bir milyondan çox həmvətənimiz səsverməyə çıxaraq sülhü, ölkəmizin həqiqətən də parlaq və avropalı gələcəyini dəstəkləyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze partiyanın mərkəzi qərargahı önündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcü Arzusunun 12 illik hakimiyyəti dövründə heç bir gün asan olmayıb, lakin son 4 il xüsusilə çətin keçib.

Qeyd edək ki, Gürcüstan MSK-sının rəsmi açıqlamasına görə, səslərin 97%-i sayılıb. Gürcü Arzusu 52,99 faiz səslə liderdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.