Siyasət

Prezident: MDB Oyunları kimi tədbirlər həm Birlik daxilində, həm də ondan kənarda dostluğu və əməkdaşlığı möhkəmləndirir

10 Oktyabr 2025 11:56
Baxış: 374

MDB Oyunları kimi tədbirlər həm Birlik daxilində, həm də ondan kənarda dostluq və əməkdaşlığı möhkəmləndirir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı deyib.

Bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçirilən III MDB Oyunlarının qədim Gəncə şəhərində, həmçinin Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirildiyini vurğulayan dövlət başçısı bildirib ki, belə tədbirlər MDB çərçivəsində və onun hüdudlarından kənarda dostluğu və əməkdaşlığı gücləndirir, qarşılıqlı maraqlara və hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsinə töhfə verir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.