Cəmiyyət

Metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında interval azaldılacaq

10 Oktyabr 2025 15:15
Baxış: 441
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı metrosunda daha bir sahədə qatarların hərəkət intervalı azaldılacaq.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Hərəkət Xidmətinin rəisi Anar Zamanov deyib.

O qeyd edib ki, daha öncə metronun "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları arasında pik saatlarda qatarların hərəkət intervalı azaldılıb:

"Amma sahənin monitorinqi aparılır və əlavə texniki imkanlar nəzərdən keçirilir. Oradakı intervalı daha da optimalıaşdırmaq üçün addımlar atmaq üzərində işlər gedir. Həmin sahədə pik saatlarda intervalı 10 dəqiqəyə endirmişik. Amma bunun daha aşağı endirilməsi üçün tədbirlər görürük".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.