Gürcüstan

Gürcüstanda parlament seçkilərində səsvermə başladı

26 Oktyabr 2024 08:12
Baxış: 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda parlament seçkilərində səsvermə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb, saat 20:00-da bağlanacaq.

Ümumilikdə 3 milyon 508 min 294 vətəndaş, o cümlədən, 95 min 910 nəfər xaricdə yaşayan vətəndaş səsvermə hüququna malikdir. Bu parlament seçkiləri üçün ölkə ərazisində 3 111 seçki məntəqəsi, o cümlədən, xaricdə 67 seçki məntəqəsi yaradılıb. Ölkədən kənarda yaşayan gürcülər 42 ölkənin 53 şəhərində səs verə bilərlər.

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndəsi müşahidə edəcək.

Bu il ilk dəfə olaraq parlament üzvləri yalnız partiya siyahıları əsasında proporsional sistemlə seçiləcək. Parlamentdə yer qazanmaq üçün partiyalar ən azı 5 faiz səs qazanmalıdır.

Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşi koalisiya yaradıb.

İlk dəfə olaraq parlament seçkilərində də elektron səsvermə sistemindən istifadə olunacaq. Müasir texnologiya sayəsində seçki məntəqələri bağlandıqdan sonra bir saat ərzində bülletenlərin 90 faizdən çoxunun hesablanması və nəticələrin açıqlanması gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.