Avto

Avtomobil təkəri bazarında durğunluq - qiymətlər kəskin düşdü - VİDEO

26 Oktyabr 2024 21:45
Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava soyuduqca avtomobilləri də qışa hazırlamaq lazımdır. Ustalar deyirlər ki, qar yağana qədər avtomobillərinin şinləri köhnə olan sürücülər bunu dəyişməlidirlər. Bəs təkər bazarında vəziyyət necədir? Sürücülər büdcələrinə uyğun keyfiyyətli şin ala bilirlərmi?

Çəkiliş zamanı məlum oldu ki, hazırda bazardakı ən ucuz şinlər Çindən, ən bahalıları isə Avropadan gələnlərdir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, qış yaxınlaşdıqca avtomobillərdə dəyişilməsi vacib olanlardan biri də onun şinləridir. Amma nədənsə bəzi sürücülər sanki buna elə də diqqət etmirlər. Təkər bazarında yaşanan durğunluq bunu deməyə əsas verir.

Satıcılar deyirlər ki, istehsal edildiyi ölkə və keyfiyyətinə görə şinlərin qiymətləri müxtəlifdir. Hər bir müştəri cibinə uyğun təzə şini rahatlıqla bazarda tapa bilir. Bəs tələb hansı ölkədə istehsal olunanlardır? 

Satıcılar deyirlər ki, Azərbaycanda qış o qədər də sərt keçmədiyindən sürücülər bu fəslin şinlərinə elə də maraq göstərmirlər. Yəni dörd fəsil şinə üstünlük verirlər.

İşlənmişlərə gəldikdə isə satıcılar deyirlər ki, əsasən Avropadan gətirilən şinlərə maraq var. Bunların da qiymətləri ən kiçik ölçülərdə 60 manatdan başlayır. 

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.