Dünya

“Trampı həbs etməliyik” - Bayden

23 Oktyabr 2024 08:01
Baxış: 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp həbs edilməlidir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin hazırkı Prezidenti Co Bayden Demokratların Nyu-Hempşir ştatındakı qərargahında çıxışı zamanı deyib.

"Biz onu həbs etməliyik. Tramp siyasi cəhətdən "bağlanmalıdır". Bilirəm ki, inanılmaz səslənir. Əgər mən bunu beş il əvvəl desəydim, məni içəri salardınız", - Bayden bildirib.

O, həmçinin ABŞ demokratiyasının təhlükə altında olduğunu vurğulayıb. Eyni zamanda, siyasətçi orada olanları Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə nə baş verəcəyi barədə düşünməyə çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.