Dünya

Zəhərli köpüklə selfi çəkən hindlilər - FOTOlar

19 Oktyabr 2024 20:12
Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Yamuna çayının səthi zəhərli köpüyə bürünüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Times of İndia" məlumat yayıb.

Görüntülər isə maraqlı olduğu qədər həm də təhlükəlidir.

Belə ki, zəhərli köpük çayın axdığı Yeni Dehli şəhərində havanın keyfiyyətsiz olması və kanalizasiya sularının Yamunaya axıdılması nəticəsində əmələ gəlib. Yerli mətbuat sakinlərin marağına səbəb olan, lakin təhlükə saçan çayın təmizlənməsi üçün ayrılan vəsaitin "yoxa çıxdığını" iddia edir.

Yüksək ammonyak və fosfatı özündə birləşdirən bu köpük təbəqəsi insan oraqanizmində ciddi fəsadlara yol aça bilər.

Digər tərəfdən zəhər qatı noyabrın 5-də keçirilməsi nəzərdə tutulan yerli bayram "Chhath Puja"nı da sual altında qoyur.

Mənbə qeyd edir ki, ənənəyə görə, festivalda kahinlər çayda günahlarından təmizlənməli olsalar da, daha çox "çirk"ə batacaqlar. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.