Dünya

Aİ Gürcüstanı 121 milyon avro yardımdan məhrum etdi

18 Oktyabr 2024 13:42
Baxış: 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan cari ildə Avropa İttifaqından (Aİ) 121 milyon avro yardımı itirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski deyib.

O, bildirib ki, əgər gürcülər səsvermə yolu ilə Aİ-yə qoşulmağa davam etməmək qərarına gəlsələr, Gürcüstan bütün maliyyə yardımlarından məhrum olacaq.

Herçinski qeyd edib ki, Gürcüstan hökumətinə maliyyə yardımının dayandırılması barədə qərar bir müddət əvvəl verilib və bununla bağlı məlumatlar ötən həftə dərc olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.