Dünya

Fətullah Gülənin ən son GÖRÜNTÜLƏRİ - VİDEO

14 Oktyabr 2024 09:41
Baxış: 1 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Anadolu Agentliyi (AA) TETÖ Terror Təşkilatının lideri Fətullah Güləni 1999-cu ildən bəri yaşadığı Pensilvaniya ştatındakı yeni evindən çıxarkən lentə alıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, AA qrupları Gülənin FETÖ-nün qərargahı kimi tanınan Saylosburq qəsəbəsindəki Şabalıd Retreat Mərkəzindən təxminən 12 dəqiqəlik uzaqlıqda yerləşən böyük bir evdə qaldığını müəyyən edib. Rəsmi məlumata görə, 2008-ci ildə təxminən 12 sot torpaq üzərində tikilmiş evin 400 kvadratmetrə yaxın daxili sahəsi var. Dəyəri təxminən 887 min dollardan 1 milyon dollara qədər olan, tənha meşədə yerləşən ev ətrafına və girişinə yerləşdirilən təhlükəsizlik kameraları ilə möhkəm mühafizə olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.